HƏMAS ABŞ-nin ittihamlarını rədd etdi

Fələstinin HƏMAS hərəkatı ABŞ-nin Qəzza zolağında atəşkəs razılaşmasının pozulması ilə bağlı iddialarını rədd edib.

Teleqraf xəbər verir ki, hərəkat bununla bağlı bəynat yayıb.

Bəyanatda deyilir: "HƏMAS ABŞ Dövlət Departamentinin bu ittihamlarını rədd edir və "qaçınılmaz hücum" və ya "atəşkəs razılaşmasının pozulması" barədə iddiaları qətiyyətlə təkzib edir."

Qeyd edək ki, bundan əvvəl ABŞ Dövlət Departamenti atəşkəs razılaşmasının təminatçı ölkələrinə müraciət edərək, HƏMAS-ın müqaviləni pozacağı barədə xəbərdarlıq etmişdi.