HƏMAS İsraili hədələdi: Onu öldürərik...

Fələstinin HƏMAS hərəkatı Qəzza zolağında saxladıqları İsrail girovlarından birini öldürməklə hədələyib.

Axar.az xəbər verir ki, bu barədə hərəkatın hərbi qanadı olan İzzəddin əl-Qəssam briqadalarının nümayəndəsi Əbu Ubeydə Teleqram kanalında məlumat yayıb.

Onlar bildirib ki, İsrail ordusu girovların saxlanıldığı əraziyə yaxınlaşmağa davam edərsə, nəticəsi ağır olacaq:

"İsrail hərbçiləri girov Matan Zangaukerin saxlandığı yeri mühasirəyə alıb və biz onu diri-diri azad edə bilməyəcəklərini təsdiq edirik. Onun ölümünə görə bütün məsuliyyəti İsrail ordusu daşıyacaq".