HƏMAS Qəzzada atəşkəsə hazır olduğunu bəyan etdi - "Top İsrailin meydanındadır"
Yusif Nəzərli
16:43 02.05.2025
Dünya
449
HƏMAS hərəkatı Qəzza zolağında atəşkəs sazişi bağlamağa hazır olduğunu rəsmən təsdiqləyib.
Teleqraf xəbər verir ki, bu barədə hərəkatın liderlərindən biri Abdel Rəhman Şadid Əl-Cəzirə telekanalına verdiyi müsahibədə bəyanatla çıxış edib.
Şadid bildirib ki, HƏMAS İsrail girovlarının fələstinli əsirlərlə mübadiləsinə dair sazişi qəbul etməyə hazırdır və bu istiqamətdə artıq hərtərəfli təkliflərini təqdim edib.
“HƏMAS təsdiq edir ki, o, mübadiləyə dair saziş bağlamağa hazırdır və artıq bununla bağlı hərtərəfli təklifini təqdim edib. Lakin İsrail danışıqların uğuruna mane olur, indi top onların meydanındadır,” - deyə o vurğulayıb.
Bu bəyanat, İsrailin Qəzza zolağına yenidən zərbələr endirməsi fonunda verilib. Qəzzada vəziyyət gərgin olaraq qalır və tərəflər arasında müvəqqəti atəşkəsin əldə olunması üçün vasitəçilərin, xüsusilə Misir və Qətərin iştirakı ilə diplomatik səylər davam edir.
Qeyd edək ki, BMT və ABŞ bölgədə humanitar fəlakətin daha da dərinləşməməsi üçün tərəfləri atəşkəs və əsir mübadiləsinə dair razılaşma əldə etməyə çağırıb.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Vuçiç: Avropanı ciddi iqtisadi problemlər gözləyir
05:25 19.09.2026
Aktual
Səhər tezdən işə və dərsə getmək sağlamlığa zərərlidir
04:14 19.09.2026
Sağlamlıq
Afradan saxlanılma xəbərinə açıqlama
03:33 19.09.2026
Şou
Yeni komanda qururuq və dayanmayacağıq - Qurbanov
02:58 19.09.2026
Futbol
Şərur sakini Avropanın kral sülaləsi ilə qohum çıxdı
01:57 19.09.2026
Maraqlı
Putin: Təhdidlər azalmır, NATO böyüyür və genişlənir
00:35 19.09.2026
Gündəm
Antiterror əməliyyatının ildönümüdür
00:14 19.09.2026
Tarix
Zidan Mbappe ilə bağlı qərarını açıqladı
23:13 18.09.2026
Futbol
Rusiya 300 min nəfəri səfərbər edir? - Kreml açıqladı
22:59 18.09.2026
Gündəm
Nobel mükafatının məbləği artırılıb
22:20 18.09.2026
Mədəniyyət
Trampla danışdım, bəzi razılaşmalar oldu - Şeynbaum
21:43 18.09.2026
Aktual
Anar Ələkbərov şəhid anaları ilə görüşüb
21:26 18.09.2026
Sosial
Sumqayıt sakini tanışını bıçaqladı
21:11 18.09.2026
Hadisə
Sumqayıtda azyaşlını avtobus vuraraq öldürüb
20:55 18.09.2026
Hadisə
Əməkdar artist Sevda Məmmədzadə vəfat edib
20:38 18.09.2026
Mədəniyyət
Ukrayna AB ilə yeni sərhəd-keçid məntəqəsi açdı
20:21 18.09.2026
Gündəm