Həştərxanlı deputat Ukraynaya qarşı döyüşdə yaralanıb

Həştərxan Vilayət Dumasının Liberal Demokrat Partiyasından (LDPR) olan deputatı Yevgeni Babuşkin Ukraynaya qarşı müharibədə yaralanıb.

Teleqraf xəbər verir ki, Həştərxan qubernatoru administrasiyasının mətbuat xidmətinin məlumatına görə, o, hazırda Moskva vilayətindəki hərbi hospitalda müalicə alır.

Həştərxan vilayətinin vitse-qubernatoru və qubernator administrasiyasının rəhbəri Pavel Pautov yaralı deputatı ziyarət edib.