Həyacan siqnalı verən Rusiya təyyarəsi bir saat sonra yerə enə bilib

Dubaydan Moskvaya uçan "Utair" aviaşirkətinə məxsus təyyarə həyacan siqnalı verərək bir saat havada dövr edib.

APA xəbər verir ki, bu baərədə “Qazeta.ru” Flightradar xidmətinə istinadən məlumat yayıb.

Məlumata görə, Boeing 767-224 (UT 716 reysi) “Al-Maktum” aeroportundan havaya qalxıb və Moskva vaxtı ilə 21:15-də “Vnukovo” aeroportuna enməli imiş. Lakin havaya qalxdıqdan bir müddət sonra təyyarənin heyəti “7700” fövqəladə kodunu göndərib.

Təyyarə bir saat sonra yerə enə bilib.