Hindistan Çinə qarşı mümkün müharibəyə hazırlaşaraq Himalaylarda hərbi infrastrukturu sürətlə genişləndirir.
Sherg.az ''The Wall Street Journal''a istinadən xəbər verir ki, Yeni Dehli 2020-ci ildə baş vermiş sərhəd toqquşmalarından sonra mübahisəli bölgədə yollar, tunellər, uçuş zolaqları və hərbi bazalar tikməyə başlayıb.
Rəsmi dairələr hesab edir ki, bu miqyaslı tikinti işləri qoşunların daha sürətli yerləşdirilməsinə imkan verəcək və Çinə qarşı mümkün münaqişəyə hazırlığı artıracaq.