Hindistan müdafiə naziri Racnath Sinq Naqpurdakı "Solar Defence and Aerospace Limited" zavodundan Ermənistana "Pinaka" idarə olunan raketlərinin ilk partiyasının göndərildiyini açıqlayıb.
Oxu.Az xəbər verir ki, bu barədə "The Hindu Business Line" məlumat yayıb.
Məlumata görə, Ermənistan çoxlüləli sistemlər və digər müdafiə avadanlıqları üçün idarə olunan raketlərin ixracını da əhatə edən dörd "Pinaka" batareyasının tədarükü üçün müqavilə imzalayıb.
Raketlər üçün buraxlış qurğularının çatdırılması 2023-cü ilin iyul ayında başlayıb və 2024-cü ilin noyabr ayına qədər başa çatıb. Bildirilib ki, raketlərin yeni partiyası hazır olduqdan sonra Ermənistana göndəriləcək.