"Hindistan Rusiya və Çinin Anti-Amerika layihəsinə qoşulmur" - TƏHLİL
Turan
11:11 30.04.2020
Dünya
655
Aprel ayında Hindistanla Çin arasında diplomatik münasibətlərin qurulmasının 70 ili tamam oldu. Bu iki böyük dövlət arasında münasibətlər hamar deyil. Buna baxmayaraq, əhalisinin sayına görə Çin və Hindistan dünyanın iki böyük dövlətidir və bu iki dövlət gələcəkdə dünyada daha böyük rol oynayacaqlar. Hər iki dövlət öz aralarında normal münasibətlərə çalışsalar da, mövcud problemlər də həll olunmamış qalır.
Tərəflər arasındakı ziddiyyəti “Sherg.az”a dəyərləndirən “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu deyib ki, iki dövlət ərasında ərazi problemi mövcuddur.
Analitikə görə, Çin ötən əsrin 60-cı illərində Hindistan ərazisindəki Kəşmir bölgəsinin şimalındakı Himalay dağlarına uzanan hissəni işğal edib:
“Söhbət Hindistana məxsus minlərlə kvadrat kilometr ərazinin işğalından gedir. Çin hərbçiləri 2013-cü ildə Hindistan ərazisinin daha 19 kilometr dərinliyə daxil olaraq işğalı genişləndirdi. Halbuki, Pekin Dehli ilə 1996-cı ilə imzaladığı sazişə görə status-kvounu dəyişdirməyəcəyinə təminat vermişdi. Çin bu vaxta qədər Tibetlə Hindistanı ayıran sərhəddi də tanımır. İki dövlət arasında Hind okeanında da rəqabət artır. Buna baxmayaraq, iki dövlət arasında rəsmi səfərlər gerçəkləşir. Liderlər görüşür və müzakirələr aparırlar. Tərəflər faktiki qərara gəldilər ki, bəzi sahələrdə rəqib olaraq qalacaqlar, digər sahələrdə isə əməkdaşlıq mümkündür. Hər iki dövlət hərbi qüdrətlərini artırırlar. Aparılan araşdırmalar göstərir ki, dünyada satılan hərbi texnikanın 10 faizini Hindistan əldə edir. İkincisi, 2017-ci ildə Pekində keçirilən “Bir yol, bir kəmər” forumuna Hindistan qatılmadı. Hindistan Çinlə Pakistan ararında reallaşdırılan iqtisadi koriduru tanımır. Rəsmi Dehlinin fikrincə, bu koridor Hindistanın ərazi bütövlüyünə təhlükə yaradır. Çünki iqtisadi koridorun bir hissəsi Kəşmirin Pakistana aid olan hissəsindən keçir. Rəsmi Dehli həmin hissənin işğal olunduğunu bildirir. Hindistanda Çinin reallaşdırdığı layihəni iqtisadi deyil, siyasi kimi qiymətləndirirlər. Yəni Dehlidə hesab edirlər ki, Çinin məqsədi Hindistanın bölgədəki maraqlarını məhdudlaşdırmaqdır”.
E.Şahinoğluna görə, Hindistanın baş naziri Narenda Modi 2018-ci ilin aprel ayında Çinə səfər edərək bu ölkənin rəhbəri Si Tsinpinlə görüşüb:
“Liderlər bu görüşdə hər hansı saziş imzalamasalar da, müxtəlif problemli mövzuları müzakirə etdilər. Çin Rusiyanın bölgədəki əsas tərəfdaşıdır. Ancaq Rusiyanın Hindistanla da yaxşı münasibətləri var. Rusiya 1998-ci ildən Rusiya-Çin-Hindistan üçbucağının yaradılmasına çalışır. Bu Rusiyanın keçmiş baş naziri Evgeniy Primakovun ideyasıdır. Kreml bu üçbucağın Amerikaya qarşı yeni güc mərkəzinə çevrilməsinə çalışır. Ancaq Hindistan Rusiya və Çindən fərqli olaraq Amerika ilə münasibətlərinin gərginləşməsini istəmir, tam əksinə Dehli həm Kreml, həm də Vaşinqtonla yaxşı münasibətlərə çalışır. Bu ilin əvvəlində Amerika prezidenti Donald Trampın Hindistana uğurlu səfəri də bundan xəbər verir. Bundan sonra Moskva BRİKS-in (Braziliya, Rusiya, Hindistan, Çin və Cənubi Afrika Respublikası) yaardılmasına üstünlük verdi ki, hər 3 ölkə - Rusiya, Çibn və Hindistan eyni təşkilatda təmsil olunub. Ancaq Hindistanın bu təşkilat çərçivəsində də öz mövqeyi var”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Gecə Rusiyada 430 Ukrayna PUA-sı vurulub
09:45 09.11.2026
Dünya
Tünd kişmiş cavanlaşdırır
09:41 09.11.2026
Sağlamlıq
Əmtəə bazarlarında qızıl və gümüş bahalaşıb
09:27 09.11.2026
İqtisadiyyat
800 illik qəsr 1 avroya satılır
09:19 09.11.2026
Dünya
Tramp vəzifədən getməzdən əvvəl kütləvi əfv fərmanları imzalayacaq
08:58 09.11.2026
Dünya
Yuxudan duran kimi bunu edin
08:20 09.11.2026
Cəmiyyət
Ceyson Momoa sevgilisi ilə
07:51 09.11.2026
Şou
"Nvidia" rəhbərinin casusluqla mümkün əlaqəsini araşdırır
07:17 09.11.2026
Aktual
Qüds patriarxı Ukraynaya səfər edəcək
06:42 09.11.2026
Dünya
Mətbəx süngəri tarixə qovuşur
05:25 09.11.2026
Maraqlı
“Halef” final edir
04:50 09.11.2026
Şou
Xırdalanda avtomobil piyadanı vuraraq öldürüb
03:33 09.11.2026
Hadisə
Rusiya mediası Əliyevin bu çıxışından yazır
02:57 09.11.2026
Gündəm
Tramp: ABŞ-nin xüsusi qrupu İranda fəaliyyətə başlayıb
02:22 09.11.2026
Gündəm
İranın vitse-prezidenti Ermənistana səfər edəcək
01:15 09.11.2026
Region
Sumqayıtda kişi meyiti tapıldı
00:56 09.11.2026
Hadisə
Azərbaycanda Dövlət Bayrağı Günüdür
00:14 09.11.2026
Tarix
Şuşada Zəfər Günü atəşfəşanlıqla qeyd olundu
23:50 08.11.2026
Qarabağ
Arakçıdan ABŞ-a: Ya müharibəni bitirin, ya da...
22:48 08.11.2026
Region