Hindistan bayrağı altında üzən, əsasən xam neft və mayeləşdirilmiş təbii qaz (LNG) daşıyan ən azı 38 tanker Yaxın Şərqdəki qarşıdurma səbəbindən Hörmüz boğazı ərazisində qalıb.
“APA-Economics”in “The Times of India”ya istinadən verdiyi məlumata görə, bu barədə Hindistanın gəmiçilik naziri Sarbananda Sonoval bildirib.
“Hörmüz boğazının qərb və şərq tərəfində yerləşən bu gəmilərdə 1,1 min Hindistan dənizçisi var və onların təhlükəsizliyinin təmin edilməsi hökumət üçün prioritetdir”, - nazir vurğulayıb.
Qeyd edək ki, SEPAH-ın Hərbi Dəniz Qüvvələri Hörmüz boğazına tam nəzarət etdiyini açıqlayıb.