Hizbullah İsrailin Tefen sənaye zonasına raket hücumu həyata keçirib

Hizbullah şiə hərəkatı İsrailin şimalındakı Qərbi Qalileyada yerləşən Tefen sənaye zonasının atəşə tutulmasına görə məsuliyyəti öz üzərinə götürüb.

Teleqraf xəbər verir ki, bu barədə qrupun Telegram kanalında dərc olunmuş kommünikedə bildirilir.

Bəyanatda qeyd olunur ki, Hizbullah bu əməliyyatı İsrailin Beyrutun cənub ətrafı da daxil olmaqla, onlarla Livan şəhər və qəsəbəsinə qarşı hücumlarına cavab olaraq həyata keçiriblər.