Hollivud ulduzunun beyni bağışlanacaq

Hollivudun məşhur aktyoru Bryus Uillisin həyat yoldaşı Emma Heming Uillis, 2022-ci ildə frontotemporal demans diaqnozu qoyulan aktyorun beyninin ölümündən sonra klinik araşdırmalar üçün bağışlanacağını açıqlayıb.

Sherg.az xəbər verir ki, Emma Heming Uillis bu qərarın çətin olduğunu desə də, frontotemporal demansın elmi baxımdan daha dərindən öyrənilməsinin vacibliyini vurğulayıb. Bildirilib ki, Bryus Uillis hazırda 24 saat peşəkar tibbi nəzarət altındadır və xəstəlik səbəbindən ciddi yaddaş və davranış pozuntuları yaşayır.