Husilər Səudiyyə Ərəbistanının dəstəklədiyi qüvvələrə zərbə endirib

Yəməndə husilər Səudiyyə Ərəbistanının dəstəklədiyi silahlı qüvvələrin mövqelərinə ballistik raketlərlə hücum edib.

Sherg.az xəbər verir ki, hərəkatın hərbi nümayəndəsi Yəhya Səriyanın sözlərinə görə, zərbələr nəticəsində onlarla hərbçi ölüb və yaralanıb, hərbi texnika məhv edilib. O, bütün raketlərin hədəfə çatdığını iddia edib.

Hücumlar Yəməndə husilərlə hökumət qüvvələri arasında toqquşmaların kəskinləşdiyi vaxta təsadüf edib.