İndoneziyanın Cənubi Sulavesi əyalətində 7-si ekipaj üzvü olmaqla 10 nəfəri daşıyan təyyarə radarlardan itib.
Axar.az xəbər verir ki, İndoneziya Hava Nəqliyyatı şirkətinə məxsus “ATR 42-500” təyyarəsindən gələn siqnal Cənubi Sulavesi əyalətinin Maros bölgəsində itib.
Təyyarədə baş verən problemin mövcud hava şəraiti ilə bağlı olacağı ehtimal olunur.
Axtarış-xilasetmə işlərinə başlanılıb.