II Qaregin BƏƏ-yə getdi - Tərəfdarlarını bir araya toplayacaq
Yusif Nəzərli
07:45 09.06.2025
Dünya
348
Bütün ermənilərin ali patriarxı və katolikosu II Qaregin bu gün Birləşmiş Ərəb Əmirliklərinə (BƏƏ) səfər edib.
Teleqraf xəbər verir ki, bu barədə “Armenpress” agentliyi məlumat yayıb.
Məlumata görə, səfər çərçivəsində Qaregin Əbu-Dabidə yerləşən Müqəddəs Nazaret Kilsəsinin və Kəlküttədəki Erməni Xeyriyyə Seminariyasının himayədarları ilə görüşəcək. Görüş zamanı seminariyanın fəaliyyəti və erməni icmasının həyatı ilə bağlı məsələlər müzakirə olunacaq.
Qeyd edək ki, Ermənistanda seçkilər ərəfəsində Baş nazir Nikol Paşinyan ilə II Qaregin arasında münasibətlər gərginləşib. Paşinyan kilsəni hökumətin işlərinə müdaxilə etməkdə ittiham edərək, bu cür davranışların dövlətin işlərinə zərər verdiyini vurğulayıb.
Kilsə rəhbərliyi hökumətin bu ittihamlarını əsassız və böhtan sayaraq, öz fəaliyyətlərini müdafiə edib. Onlar dövlətin kilsəyə qarşı təzyiq və dezinformasiya kampaniyaları apardığını bildirərək, hökuməti tarixi və milli birliyi qorumağa çağırıblar.
II Qaregi BƏƏ-yə səfərinin əsas məqsədlərindən biri də oradakı erməni icması ilə əlaqələri gücləndirmək və öz tərəfdarlarını bir araya toplamaqdır. Analitiklərin fikrincə, bu səfər yalnız dini xarakter daşımır, həm də Ermənistandakı mövcud siyasi gərginlik fonunda xaricdəki erməni icmalarının dəstəyini təmin etməyə yönəlib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Makron xalqa müraciət etdi: Etirazçıların tələbləri nəzərə alınacaq
23:03 18.10.2026
Dünya
Marneulidə iki məcburi nikahın qarşısı alınıb
22:50 18.10.2026
Hadisə
Səudiyyə Ərəbistanının cənubuna mərmi düşüb, xəsarət alanlar var
22:48 18.10.2026
Dünya
ABŞ dövlət katibi Özbəkistana səfər etdi
21:55 18.10.2026
Gündəm
Ağdaşda işıqforun işləməməsi qəzaya səbəb oldu - Yaralananlar var
21:25 18.10.2026
Hadisə
Tramp Netanyahuya seçkilərdə dəstəyini açıqladı
21:09 18.10.2026
Dünya
Parisdə iğtişaşlar yenidən alovlanıb
20:21 18.10.2026
Dünya
Ukrayna bu ölkədən üzr istədi
20:19 18.10.2026
Dünya
Lavrov: Trampın Qəzza ilə bağlı planı kağız üzərində qalıb
19:41 18.10.2026
Dünya
PSJ “Barselona” ilə oyuna itki ilə çıxacaq
19:20 18.10.2026
Futbol
Trampın reytinqi rekord həddə düşüb
19:10 18.10.2026
Gündəm
Naxçıvanda avtomobil piyadanı vurub
18:53 18.10.2026
Hadisə
Antalyaya uçan təyyarə Peterburqa enə bilmədi
18:30 18.10.2026
Hadisə
"İmişli" "Turan Tovuz"u məğlub etdi
18:13 18.10.2026
Futbol
Sahibə Qafarova Qırğızıstana səfərə gedib
18:03 18.10.2026
Rəsmi