Ermənistan məhkəməsi bütün ermənilərin katolikosu II Qareginin qardaşı Gevorq Nersisyanın həbs müddətini daha iki ay uzadıb. Nersisyan xuliqanlıq və təşviqat kampaniyasına mane olmaq ittihamı ilə üzləşir.
Oxu.Az xəbər verir ki, bu barədə Nersisyanın vəkili Ara Zoqrabyan TASS-a bildirib.
Agentliyin mənbəsi bildirib ki, Armavir məhkəməsi Gevorq Nersisyanın həbs müddətini iki ay uzadıb.
Qeyd olunur ki, 3 noyabr 2025-ci ildə Katolikosun qardaşı Gevorq və onun oğlu Ambartsum Nersisyanın bir aylıq məhkəməyəqədər həbs qətimkan tədbiri seçilmişdi. Onlar "Respublika" Partiyasından Vaqarşapat meri vəzifəsinə namizəd Arutyun Mkrtçyanın "Facebook" paylaşımına əsasən ittiham olunublar. Mkrtçyanın sözlərinə görə, noyabrın 1-də Gevorq Nersisyan və oğlu noyabrın 16-da keçiriləcək Vaqarşapat bələdiyyə seçkilərindən əvvəlki təşviqat kampaniyasına mane olublar. Bu ittiham üç ildən altı ilə qədər həbs cəzası nəzərdə tutur.