İki aylıq fasilədən sonra cümə namazına icazə verilib
05:17 16.05.2020
Dünya
658
Malayziyanın hakimiyyət orqanları iki ay davam edən fasilədən sonra ilk dəfə mayın 15-də məscidlərdə cümə namazının təşkilinə icazə verib.
AZƏRTAC xəbər verir ki, bu barədə Dini məsələlər nazir Zulkifli Məhəmməd Əl-Bəkri bildirib.
“Koronavirusun yayılması ilə bağlı vəziyyətin daha sabit olduğu rayonlarda müəyyən təhlükəsizlik tədbirləri nəzərə alınmaqla, məscidlərdə cümə namazının bərpasına icazə verilir”, - deyə nazir bildirib. Eyni zamanda qeyd edilir ki, cümə namazında imam istisna olmaqla, 30 nəfərin iştirakına icazə verilir. Bundan əlavə, məscidə giriş zamanı insanların temperaturu ölçüləcək və onlar haqqında şəxsi məlumatlar qeyd ediləcək.
Malayziyada hazırda 13 ştatdan 8-də yaşıl zona elan edilib. Bunu nəzərə alan hökumət Kuala Lumpur, Putracaya və Labuan kimi federal ərazilərdə yerləşən məscidlərdə dini ayinlərə icazə verib.
Xatırladaq ki, Malayziyada məscidlərdə cümə namazının qılınması martın ortalarında koronavirusa yoluxanların sayı kəskin artdıqdan sonra dayandırılıb.
Əlavə olaraq qeyd edək ki, son məlumatlara görə, Malayziyada 6 min 900-ə yaxın koronavirusa yoluxma halı qeydə alınıb. Onlardan 5 min 439-nun sağaldığı, 112 nəfərin isə öldüyü bildirilir.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Mərdəkan yolunda qəza baş verib, sıxlıq yaranıb - FOTO
14:47 09.11.2026
Dünya
Saakaşvili: “Qızım gələcəkdə ABŞ prezidenti olacaq”
14:23 09.11.2026
Gündəm
Kaya Kallasın Fransada yeni rəqibi var
14:11 09.11.2026
Dünya
Prezident sərəncam imzaladı
14:08 09.11.2026
Gündəm
Aİ Rusiya ilə danışıqlar üçün vasitəçi axtarır
14:04 09.11.2026
Dünya
Bakıda güclü külək fəsadlar törətdi
14:00 09.11.2026
Hadisə
Mingəçevirdə bıçaqlanma oldu
13:27 09.11.2026
Hadisə
Sabah hava necə olacaq?
13:01 09.11.2026
Ekologiya
Norveçin Baş naziri: Avropa Rusiyanı təcrid edə bilməyib
12:51 09.11.2026
Dünya
Antalyada COP31 başladı
12:31 09.11.2026
Gündəm
5,5 aylıq körpə anasının qaraciyəri sayəsində həyata qayıdıb
12:17 09.11.2026
Hadisə
Naxçıvanda Dövlət Bayrağı Günü münasibətilə hərbi yürüş olub
12:13 09.11.2026
Gündəm
Sürücülər istifadə etmədikləri xidmətə də pul ödəyir
11:57 09.11.2026
Aktual
Prezident İlham Əliyev Kamboca Kralını təbrik edib
11:47 09.11.2026
Gündəm