
İki böyük ticarətçinin qarşıdurması: Tramp və Mask münasibətlərindəki gərginlik davam edəcək
Yusif Nəzərli
09:31 09.06.2025
Dünya
446
ABŞ Prezidenti Donald Tramp yaxın günlərdə İlon Maskla danışmağı planlaşdırmır.
Bunu “Fox News”a müsahibəsində Ağ Evin mətbuat katibi Kerolayn Livitt deyib.
O bildirib ki, son günlər Ağ Ev rəhbəri ilə məşhur milyarder arasında heç bir danışıq olmayıb: "Düşünmürəm ki, yaxın günlərdə Prezidentin onunla danışmaq niyyəti olsun".
Xatırladaq ki, Amerikanın “Politico” qəzetinin daha əvvəl yazdığı kimi, iyunun 6-da Tramp və Maskın nümayəndələri arasında telefon danışığı olub və bundan sonra ABŞ Prezidenti və məşhur milyarder sosial şəbəkələrdə sərt bəyanatlar mübadiləsini dayandırıblar.
Beynəlxalq məsələlər üzrə ekspert Əziz Əlibəyli Sherg.az-a deyib ki, iki böyük ticarətçinin bir-biri ilə bu miqyasda qarşıdurmaya getməsi gözlənilən idi:

"Çünki onlar arasında maraq toqquşması yaranırdı. Tramp və Maskın münasibətlərindəki gərginlik davam edəcək. Bütün bunların kökündə siyasi fərdlər və dövlət siyasətindəki mövcud tənqidlərlə bağlıdır. Mask Trampın vergilərin qaldırılması ilə bağlı qanun layihəsini iyrənc pislik adlandırmışdı. Bu mənada Ağ Evin sahibi seçkilərdə göstərdiyi dəstəyi də unutduğunu deyir. Digər tərəfdən Mask Trampı bilavasitə qurşaqdan vurdu. Yəni Cefri Epşteynin cinayət işində ABŞ Prezidentinin iştirakına diqqət etdi. Bu, həqiqətən də Maskın bağladığı federal müqavilələrin ləğvinə qədər gətirib çıxardı. Daha sonra Tramp SpaceX və Starlink barədə federal anlaşmalara yenidən baxmaqla bağlı bəyanat verdi".
Ekspert qeyd edib ki, ümumiyyətlə Mask Trampın seçki kampaniyasında açıq şəkildə 250 milyon dollar xərcləyib:
"Ağ Evin sahibi isə bunun qarşılığını sərgiləmədi. Eyni zamanda iddialara görə, Mask demokratları maliyyələşdirir. Yekunda onları yaxınlaşdıran yox, uzalaşdıran səbəblərin sayı artır".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Makron xalqa müraciət etdi: Etirazçıların tələbləri nəzərə alınacaq
23:03 18.10.2026
Dünya
Marneulidə iki məcburi nikahın qarşısı alınıb
22:50 18.10.2026
Hadisə
Səudiyyə Ərəbistanının cənubuna mərmi düşüb, xəsarət alanlar var
22:48 18.10.2026
Dünya
ABŞ dövlət katibi Özbəkistana səfər etdi
21:55 18.10.2026
Gündəm
Ağdaşda işıqforun işləməməsi qəzaya səbəb oldu - Yaralananlar var
21:25 18.10.2026
Hadisə
Tramp Netanyahuya seçkilərdə dəstəyini açıqladı
21:09 18.10.2026
Dünya
Parisdə iğtişaşlar yenidən alovlanıb
20:21 18.10.2026
Dünya
Ukrayna bu ölkədən üzr istədi
20:19 18.10.2026
Dünya
Lavrov: Trampın Qəzza ilə bağlı planı kağız üzərində qalıb
19:41 18.10.2026
Dünya
PSJ “Barselona” ilə oyuna itki ilə çıxacaq
19:20 18.10.2026
Futbol
Trampın reytinqi rekord həddə düşüb
19:10 18.10.2026
Gündəm
Naxçıvanda avtomobil piyadanı vurub
18:53 18.10.2026
Hadisə
Antalyaya uçan təyyarə Peterburqa enə bilmədi
18:30 18.10.2026
Hadisə
"İmişli" "Turan Tovuz"u məğlub etdi
18:13 18.10.2026
Futbol
Sahibə Qafarova Qırğızıstana səfərə gedib
18:03 18.10.2026
Rəsmi