İlginc İDDİA: Koronavirus ilk dəfə Amerikada yayılıb, sonra Çində...”
Turan
09:35 19.05.2020
Dünya
985
Avstraliya koronavirusun yayılmasının səbəblərinin araşdırılması ilə bağlı müstəqil tədqiqatın aparılması çağırışı edib. Dünyanın 116 ölkəsi Avstraliyanın çağırışını dəstəkləyib. Bu barədə ölkənin xarici işlər naziri Maris Peyn deyib. Nazirin sözlərinə görə, dünya koronavirusun yayılma səbəblərini mütləq öyrənməlidir: “Bu, gələcək fəlakətlərdən qaçmaq üçün mühüm əhəmiyyət daşıyır”. Rəsmi Kanberranın təklifini ilk olaraq Rusiya, Böyük Britaniya, Hindistan, İndoneziya, Kanada, Yeni Zelandiya, Yaponiya və Avropa Birliyinin bütün ölkələri dəstəkləyib. Daha sonra bu çağırışa Afrika ölkələri də qatılıb. Lakin Avstraliyanın bu təklifinə ABŞ və Çin qarşı çıxıb. Çin Avstraliyanın təklifinin qərəzli olduğunu iddia edib. ABŞ isə bu təklifi yalnız Çinə qarşı daha sərt təhqiqatın aparılacağı zaman dəstəkləyəcəyini bildirib.
“Altay” Sosial-İqtisadi Araşdırmalar Mərkəzinin rəhbəri Elçin Bayramlı "Sherg.az"a deyib ki, məsələ göründüyü qədər sadə deyil və iqtisadi maraqlardan da mühüm məqamlar var. Ekspertin sözlərinə görə, pandemiyanı təşkil edənlər dünya maliyyəsinin azı 80 faizinə sahibdirlər və onların əlavə sərvətə ehtiyacı yoxdur:
“Məqsəd müasir texnologilar vasitəsilə qlobal nəzarət və idarətmə sistemi qurmaq, dövlətləri zəiflədib sıradan çıxarmaq, dünya iqtisadiyyatını və insanların istədikləri kimi idarə etməkdən ibarətdir. Bunu özləri də çəkinmədən açıq şəkildə etiraf ediblər. Ona görə də dövlətlər birgə komissiya yaratmalı və bu problemi dərindən araşdırmalıdır. Yalnız o halda həqiqətlər ortaya çıxa bilər”.
E.Bayramlının sözlərinə görə, pandemiyanın süni şəkildə yayıldığı, qlobal qorxu yaratmağa xidmət etdiyi hamıya aydındır:
“Bu xəstəlik hansısa dövlət yox, dövlətlərə tabe olmayan güclü, qlobal qüvvələr tərəfindən yayılıb. Bununla bağlı müstəqil təsqiqatçıların, nüfuzlu ailəmlərin çıxışları, göstərdikləri faktlar, sənədlər var. Hətta virusla bağlı müstəqil tədqiqat aparan nüfuzlu alimlərdən bəziləri müəmmalı şəkildə həlak olub. Sonuncu belə hadisə Amerika da baş verib. Virusun mənşəyi, yayılması ilə bağlı tədqiqatlarını başa çatdıran və açıqlayacağını deyən alim həmin gün öldürülüb. Fikrimcə, bu virus ötən ilin payızında ortaya çıxıb və ilk dəfə Amerikada yayılıb. Sonra Çində baş göstərib və qlobal media vasitəsi ilə hay-həşir başladılıb. Bunu Amerikanın və Çinin etdiyini söyləmək mümkün deyil. Çünki ən çox zərər çəkən elə həmin ölkələrdir. Bioloji terroru təşkil edən qlobal qüvvə prosesə xeyli əvvəldən başladığını etiraf edib, hətta anonslar da verib”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Yuxudan duran kimi bunu edin
08:20 09.11.2026
Cəmiyyət
Ceyson Momoa sevgilisi ilə
07:51 09.11.2026
Şou
"Nvidia" rəhbərinin casusluqla mümkün əlaqəsini araşdırır
07:17 09.11.2026
Aktual
Qüds patriarxı Ukraynaya səfər edəcək
06:42 09.11.2026
Dünya
Mətbəx süngəri tarixə qovuşur
05:25 09.11.2026
Maraqlı
“Halef” final edir
04:50 09.11.2026
Şou
Xırdalanda avtomobil piyadanı vuraraq öldürüb
03:33 09.11.2026
Hadisə
Rusiya mediası Əliyevin bu çıxışından yazır
02:57 09.11.2026
Gündəm
Tramp: ABŞ-nin xüsusi qrupu İranda fəaliyyətə başlayıb
02:22 09.11.2026
Gündəm
İranın vitse-prezidenti Ermənistana səfər edəcək
01:15 09.11.2026
Region
Sumqayıtda kişi meyiti tapıldı
00:56 09.11.2026
Hadisə
Azərbaycanda Dövlət Bayrağı Günüdür
00:14 09.11.2026
Tarix
Şuşada Zəfər Günü atəşfəşanlıqla qeyd olundu
23:50 08.11.2026
Qarabağ
Arakçıdan ABŞ-a: Ya müharibəni bitirin, ya da...
22:48 08.11.2026
Region
Ərdoğanın Azərbaycana rəsmi səfəri başa çatdi
21:25 08.11.2026
Rəsmi
İlham Əliyev COP31 sammitində iştirak etmək üçün Antalyaya gedəcək
21:12 08.11.2026
Gündəm