İlon Mask Böyük Britaniya hökumətini faşist adlandırdı

Amerikalı iş adamı İlon Mask Böyük Britaniya hökumətini sərt tənqid edərək onu “faşist” adlandırıb. Bu açıqlama Mask tərəfindən, Böyük Britaniyada sosial şəbəkə şərhlərinə görə kütləvi həbs dalğasının yayıldığı iddiaları fonunda verilib.

Sherg.az xəbər verir ki, Mask öz sosial media platforması X-də başqa bir istifadəçinin paylaşımını paylaşaraq yazıb:

“Böyük Britaniya hökuməti niyə bu qədər faşistdir?”

Paylaşımda iddia olunurdu ki, Böyük Britaniyada 12,2 mindən çox insan sosial şəbəkə şərhlərinə görə həbs edilib. Lakin məlumatda həmin həbslərin hansı dövrü əhatə etdiyi və mənbə göstərilməyib.