İndoneziyada qəzaya uğrayan təyyarənin qalıqları aşkarlanıb

Yanvarın 17-də qəzaya uğrayan “Indonesia Air Transport” aviaşirkətinə məxsus “ATR 42-500” tipli təyyarənin qalıqları bu gün Cənubi Sulavesi vilayətində Bulusaraunq dağının zirvəsində aşkarlanıb.

APA-nın xəbərinə görə, bu barədə “Detik” portalı mэlumat yayıb.

Cokyakartadan Makassar şəhərinə uçan təyyarənin göyərtəsində 11 nəfər olub, onlardan 8-i ekipaj üzvüdür.

Xilasetmə əməliyyatına 376 xilasedici cəlb olunub. Artıq 1 nəfərin cəsədi tapılıb.