İngiltərə 2025-ci ildə 22 milyard avro dəyərində silah ixrac edərək tarixində ən yüksək göstəriciyə nail olub.
Sherg.az xəbər verir ki, artım əsasən Norveçlə 11,4 milyard avroluq Type 26 freqatları və Türkiyə ilə 9,1 milyard avroluq Eurofighter Typhoon döyüş təyyarələri üzrə razılaşmalar hesabına baş verib. Rəsmilər ixracın gələcək illərdə də artacağını bildirirlər.