Hərbi əməliyyatlar Ukrayna Prezidenti Vladimir Zelenskinin hakimiyyətdə qalmaq və Avropa Birliyindən dəstək almaq üçün yeganə şansıdır.
Axar.az xəbər verir ki, bunu Rusiya Dövlət Dumasının spikeri Vyaçeslav Volodin deyib.
“Bu məqsədlərə çatmaq üçün Zelenski prezidentimizin iqamətgahına hücum etdi. Dövlət Dumasının deputatları hesab edirlər ki, cavab sərt olmalıdır. Biz də öz tərəfimizdən buna israr edirik”, - Volodin bildirib.
Qeyd edək ki, dekabrın 29-u Ukrayna ordusunun Putinin iqamətgahına hücum etdiyi iddia edilib.
Ukrayna lideri Zelenski bu iddiaları təkzib edib.