İrakli Kobaxidze: Gürcüstanın ərazi bütövlüyünün bərpası yalnız sülh yolu ilə mümkündür
Yusif Nəzərli
13:45 09.02.2025
Dünya
414
“Gürcüstanın ərazi bütövlüyünün bərpası yalnız sülh yolu ilə mümkündür və bunun alternativi yoxdur”.
AZƏRTAC xəbər verir ki, bu sözləri Gürcüstanın Baş naziri İrakli Kobaxidze jurnalistlərə açıqlamasında söyləyib. Onun sözlərinə görə, Gürcüstanın ərazi bütövlüyü ümummilli əhəmiyyət kəsb edən məsələdir. Biz öz milli maraqlarımızı qorumalıyıq, lakin Gürcüstan hökumətinin məsələyə baxışı qətiyyətlə sülhpərvərdir.
Baş nazir deyib ki, Gürcüstanın ərazi bütövlüyü beynəlxalq ictimaiyyət tərəfindən tanınır və təbii ki, bu baxımdan öz milli maraqlarını qorumalıdırlar: “Ölkəmizin ərazi bütövlüyünün bərpası yalnız sülh yolu ilə mümkündür və bunun alternativi yoxdur. Ümid edirik ki, nə vaxtsa bunun həyata keçirilməsi reallaşacaq”.
Rusiya ilə münasibətlərə toxunan Kobaxidze deyib: “Gürcüstan hökuməti Rusiyaya qarşı praqmatik siyasət aparır və Rusiyanın Abxaziyanın və Tsxinvali regionunun qondarma müstəqilliyini tanıması səbəbindən indi diplomatik münasibətləri bərpa etməyin vaxtı deyil. Lakin biz Rusiya ilə ticarət-iqtisadi əlaqələri saxlayırıq və Rusiya Federasiyasına qarşı praqmatik siyasətimiz belə davam edəcək”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
İranda hicaba qarşı yeni etiraz aksiyaları başlayır
14:57 13.10.2026
Region
Zelenskinin açıqlaması Avropanı təşvişə saldı
14:56 13.10.2026
Dünya
Laos Prezidenti Fəxri xiyabanı ziyarət etdi
14:49 13.10.2026
Gündəm
İranda silahlı toqquşma: ağır texnika yeridildi
14:20 13.10.2026
Region
Yeni Azərbaycan Partiyasının Mətbuat Xidməti açıqlama yayıb
13:58 13.10.2026
Gündəm
İlk dəfə meyitdən ürək transplantasiya edilən şəxs vəfat etdi
13:40 13.10.2026
Sağlamlıq
İranlı deputat: ABŞ-nin yeni hücumunda liderlərimiz öldürülə bilər
12:46 13.10.2026
Gündəm
Fələstinin erməni xarici işlər naziri Azərbaycana gəlir
11:47 13.10.2026
Gündəm
İlham Əliyevin Laos Prezidenti ilə geniş tərkibdə görüşü oldu
11:31 13.10.2026
Gündəm
Tramp “sülhə əsas maneə” kimi Putini yox, Zelenskini görür
11:30 13.10.2026
Dünya
AZAL 9 ayda 3 milyondan çox sərnişin daşıyıb
11:25 13.10.2026
İnfrastruktur
28 yaşlı kişi quduzluqdan vəfat etdi
11:07 13.10.2026
Hadisə