İran-ABŞ danışıqları başa çatdı - YENİLƏNİB

Cenevrədə Tehranın nüvə proqramı üzrə İran-ABŞ danışıqlarının üçüncü raundu başa çatıb.

Teleqraf xəbər verir ki, görüşün nəticələri barədə məlumat verən İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqayi tərəflər sanksiyalar və nüvə sənədlərinə dair praktik təşəbbüslər irəli sürdüyünü qeyd edib.

Onun sözlərinə görə, hər iki tərəf müzakirələrə ciddi yanaşıb.

***

16:31

İran və ABŞ məsləhətləşmələr aparmaq üçün Cenevrədə danışıqları dayandırıblar.

Teleqraf xəbər verir ki, bu barədə ISNA məlumat yayıb .

Bildirilib ki, danışıqlar günortadan sonra (İsveçrə vaxtilə - red.) davam edəcək.

***

12:00

Cenevrədə Tehranın nüvə proqramı üzrə İran-ABŞ danışıqlarının üçüncü raundu başlayıb.

Teleqraf xəbər verir ki, bu barədə İran KİV məlumat yayıb.

Vasitəçi rolunu Oman xarici işlər naziri Bədr əl-Busaidi yerinə yetirir.