İran ABŞ ilə danışıqlara yalnız Vaşinqton təzyiq siyasətindən imtina edib səmimi və bərabərhüquqlu dialoqa hazır olduğu təqdirdə başlaya bilər.
Teleqraf xəbər verir ki, bu barədə İran xarici işlər naziri Abbas Əraqçi Beyruta səfərindən sonra keçirdiyi mətbuat konfransında bildirib.
"Amerikalılar danışıqların diktə deyil, dialoq olduğunu qəbul etdikləri zaman məzmunlu danışıqlara başlamaq mümkün olacaq",- o qeyd edib.
Nazirin sözlərinə görə, İran xüsusilə İsraildən gələn təhdidlər fonunda istənilən ssenariyə hazırdır:
"Biz müharibə istəmirik, lakin ona hazırıq. Danışıqlara da hazırıq, amma bu danışıqlar qarşılıqlı hörmətə əsaslanmalıdır".