İran hakimiyyəti Avropa Birliyinin (AB) hava və dəniz qüvvələrini terror təşkilatları elan edib.
Teleqraf xəbər verir ki, bu barədə İran Xarici İşlər Nazirliyi məlumat yayıb.
Qeyd olunur ki, qərar ABŞ-nin İslam İnqilabı Keşikçiləri Korpusunu (SEPAH) terror təşkilatı kimi tanımasına cavabdır və Ağ Evin qərarını dəstəkləyən digər ölkələrə də şamil edilir.
Fevralın 19-da Avropa Birliyi Şurası SEPAH-ı terror təşkilatları siyahısına daxil edib.