İran danışıqlarda uranın zənginləşdirilməsini dayandırmaqdan imtina edib

İran ABŞ ilə danışıqlar zamanı uranın zənginləşdirilməsini dayandırmaqdan imtina edib.

Teleqraf xəbər verir ki, Oman şəhərində ABŞ nümayəndələri ilə keçirilən danışıqlar zamanı İranın xarici işlər naziri Abbas Əraqçi Tehranın uranın zənginləşdirilməsindən imtina etməyəcəyini vurğulayıb.

Görüşdə tərəflər mövqelərini dəyişməyiblər. Lakin həm Vaşinqton, həm də Tehran problemin diplomatik yolla həllini tapmaq niyyətlərini ifadə ediblər.

Araqçi görüşün nəticəsini “yaxşı başlanğıc” kimi xarakterizə edib. O, tərəflərin danışıqları davam etdirmək niyyətində olduğunu, lakin əvvəlcə paytaxtlarda məsləhətləşmələr aparılacağını vurğulayıb.