İran hakimiyyəti Avropa ölkələrini Yaxın Şərqdəki münaqişəyə qarışmamağa çağırıb və əks halda bunun ciddi nəticələrə səbəb ola biləcəyini bildirib.
Oxu.Az xəbər verir ki, bu barədə İran xarici işlər nazirinin müavini Məcid Təxt-Rəvançi "France 24" telekanalına müsahibəsində danışıb.
"Tehran artıq avropalıları və digər ölkələri xəbərdar edib ki, onlar ehtiyatlı olmalı və İrana qarşı aparılan bu təcavüzkar müharibəyə müdaxilə etməməlidirlər", - deyə o bildirib.
Diplomat vurğulayıb ki, ABŞ və İsrail tərəfindən İrana qarşı həyata keçirilən hərbi əməliyyatları dəstəkləyən istənilən dövlət avtomatik olaraq Tehranın cavab tədbirləri üçün qanuni hədəfə çevriləcək.
O əlavə edib ki, İran öz suverenliyinə qarşı yönələn təhdidləri cavabsız qoymayacaq və onu qorumaq üçün lazım olan bütün tədbirləri görməyə hazırdır.
İran
Amerika Birləşmiş Ştatları (ABŞ)
İsrail