İran Hörmüz boğazını gəmilər üçün açıb - YENİLƏNİB

İran hökuməti strateji əhəmiyyətli Hörmüz boğazından gəmilərin tranzitini icazə verəcək.

APA xəbər verir ki, bu barədə İran Ali Məsləhət Orqanın katibi bildirib.

Qeyd edilib ki, ABŞ hərbi gəmiləri isə hələ də İranın hücumları üçün qanuni hədəflər olaraq qalır.

***

28 fevral, saat 19.52

İran Hörmüz boğazını bağlayır.

APA İran mətbuatına istinadən xəbər verir.

"Reuters" isə bildirib ki, gəmilər İran İnqilab Keşikçiləri Korpusundan (SEPAH) yüksək tezlikli təkrar mesajlar alır: "Həmin mesajlarda heç bir gəminin Hörmüz boğazından keçməyə icazəsi olmadığı bildirilib".

Qeyd edək ki, Hörmüz boğazından dünya neftinin təxminən 20%-i keçir.