İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) tam döyüş hazırlığı vəziyyətindədir.
Axar.az xəbər verir ki, bunu SEPAH komandanının müşaviri, briqada generalı Mürtəza Qurbani deyib.
O bildirib ki, ABŞ və İsrailin hər hansı təcavüzünə layiqli cavab veriləcək:
"Bölmələr hazırdır. Hər hansı bir təcavüz baş verərsə, onlar onu (İsraili nəzərdə tutur - red.) yerlə-yeksan edəcəklər".
Qeyd edək ki, dekabrın sonunda İranın müxtəlif şəhərlərində güclü inflyasiya səbəbindən kütləvi etirazlar başlayıb.