İran Prezidenti: O tələb qəbuledilməzdir

İran Prezidenti Məsud Pezeşkian ABŞ-nin sanksiyaları bərpa etməzdən əvvəl bütün zənginləşdirilmiş uranın üç aylıq güzəşt müddəti müqabilində təhvil verilməsi tələbini qəbuledilməz adlandırıb.

Teleqraf xəbər verir ki, bu barədə IRIB dövlət yayımı məlumat yayıb.

"Təbii ki, biz sanksiyaların ləğvi mexanizmi ilə bağlı razılığa gəlməmişik, çünki ABŞ-nin tələbləri qəbuledilməzdir. Onlar bütün zənginləşdirilmiş uranı təhvil verməmizi istəyirlər, b, qətiyyən qəbuledilməzdir", - İran Prezidenti bildirib.