İran regiondakı bütün ABŞ hərbi bazalarını qanuni hədəf elan edib

İran Silahlı Qüvvələrinin rəsmi nümayəndəsi Əbülfəzl Şekarçi bildirib ki, Yaxın Şərq regionunda yerləşən bütün ABŞ hərbi bazaları İran ordusu üçün qanuni hədəf hesab olunur.

Sherg.az xəbər verir ki, İsrail və ABŞ şənbə günü İran ərazisinə zərbələr endirməyə başladıqdan sonra Tehran cavab tədbirləri görəcəyini açıqlayıb. İran və ABŞ mediasının məlumatına görə, cavab hücumlarının əsas hədəfi regiondakı Amerika hərbi bazaları olub.

Şekarçi İranın Tasnim agentliyinə açıqlamasında deyib:

“Regiondakı bütün ABŞ bazalarını, resurslarını və maraqlarını İran Silahlı Qüvvələri üçün qanuni hədəf hesab edirik”.

Bəyanat Yaxın Şərqdə hərbi qarşıdurmanın daha da genişlənə biləcəyi ilə bağlı narahatlıqları artırıb.