İranın nüvə proqramı ilə bağlı Vaşinqtonla potensial razılaşmaların bəzi Qərb sanksiyalarının ləğvini də əhatə edəcəyini güman edirik.
Axar.az xəbər verir ki, bu barədə İranın xarici işlər naziri Abbas Arakçı CBS-də bildirib.
O, 2015-ci ildə Birgə Hərtərəfli Fəaliyyət Planının (BHFP) imzalanması barədə danışarkən qeyd edib:
"On il keçdi, yeni bir vəziyyət yarandı. Nüvə proqramımız o vaxtdan bəri texniki cəhətdən irəliləyib. Əlbəttə ki, İrana qarşı daha çox sanksiya tətbiq edilib, daha çox təzyiq göstərilir.
Beləliklə, düşünürəm ki, BHFP-dən, 2015-ci il nüvə sazişindən daha yaxşı bir razılaşma mümkündür. Əvvəlki razılaşmadan daha yaxşı ola biləcək komponentlər var", - deyə o əlavə edib.