İran ABŞ-yə uranın zənginləşdirilməsinin məhdud müddətə dondurulmasını təklif edib.
Teleqraf xəbər verir ki, bu barədə "Əl-Cəzirə"nin yüksək vəzifəli İran mənbəsinə istinadən məlumat yayıb.
"Təklifimiz uranın zənginləşdirilməsinin suveren hüquq olduğunu təsdiqləyir və məhdud müddətə zənginləşdirmənin dondurulmasını nəzərdə tutur", - deyə mənbə bildirib.
Fevralın 26-da Cenevrədə Omanın vasitəçiliyi ilə İran və ABŞ arasında İranın nüvə proqramı üzrə dolayı danışıqların üçüncü raundu keçirilib.
Fevralın 22-də İranın xarici işlər naziri Abbas Əraqçi bildirib ki, Tehran və Vaşinqton arasındakı sazişdə nüvə proqramının dinc xarakterli olması barədə qeyd öz əksini tapmalıdır.