İran və Fransa ikitərəfli münasibətləri müzakirə etdi
Yusif Nəzərli
06:21 17.09.2025
Dünya
417
İranın xarici işlər naziri Abbas Əraqçi və fransalı həmkarı Jan-Noel Barro arasında telefon danışığı olub.
Teleqraf xəbər verir ki, bu barədə İran Xarici İşlər Nazirliyi məlumat yayıb.
Danışıqlarda Avropa ölkələrinin İrana qarşı sanksiyaları bərpa etmək üçün işə saldığı “snapback” mexanizmi müzakirə edilib.
Abbas Əraqçi bu mexanizmi qanunsuz adlandırıb, onun böhranı daha da dərinləşdirəcəyini deyib. O, İranın nüvə proqramının sülhməramlı xarakter daşıdığını vurğulayıb və diplomatiyanın yeganə həll yolu olduğunu qeyd edib.
Fransa XİN rəhbəri isə gərginliyin artmasından narahatlığını ifadə edərək, dialoqun davam etdirilməsinin vacibliyini bildirib.
Nazirlər həmçinin ikitərəfli münasibətlər və konsulluq məsələlərini müzakirə ediblər.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Sürücüləri əlavə xərcdən xilas etmək mümkündür - EKSPERT
15:23 13.10.2026
İnfrastruktur
İranda hicaba qarşı yeni etiraz aksiyaları başlayır
14:57 13.10.2026
Region
Zelenskinin açıqlaması Avropanı təşvişə saldı
14:56 13.10.2026
Dünya
Laos Prezidenti Fəxri xiyabanı ziyarət etdi
14:49 13.10.2026
Gündəm
İranda silahlı toqquşma: ağır texnika yeridildi
14:20 13.10.2026
Region
Yeni Azərbaycan Partiyasının Mətbuat Xidməti açıqlama yayıb
13:58 13.10.2026
Gündəm
İlk dəfə meyitdən ürək transplantasiya edilən şəxs vəfat etdi
13:40 13.10.2026
Sağlamlıq
İranlı deputat: ABŞ-nin yeni hücumunda liderlərimiz öldürülə bilər
12:46 13.10.2026
Gündəm
Fələstinin erməni xarici işlər naziri Azərbaycana gəlir
11:47 13.10.2026
Gündəm