İran və İsrail əlaqə yaradıb: Müdaxilə olmayacaq - Şok

Ötən ay İran və İsrail Rusiya vasitəsilə bir-biri ilə əlaqə qurub.

Axar.az xəbər verir ki, bu barədə “Vaşinqton Post” nəşri məlumat yayıb.

İsrail qeyd edib ki, əgər İran hücum etməsə, İsrail İrana müdaxilə etməyəcək. İran da müdaxiləyə maraqlı olmadığını bildirib.

Nəşr vurğulayıb ki, Rusiya iki tərəf arasında eskalasiyanın qarşısını almaq üçün geniş diplomatik aktivlik göstərir.