İran xarici işlər naziri ABŞ Prezidentinə müraciət etdi

“ABŞ ilə bundan əvvəlki danışıqları İran pozmayıb və nüvə məsələsinin diplomatik yolla həllini əngəlləməyib”.

Teleqraf xəbər verir ki, bunu İran xarici işlər naziri Abbas Əraqçi deyib.

“Danışıqlar masasını dağıdan elə odur”, - o qeyd edib.

Əraqçi həmçinin bildirib ki, İsrail diplomatik həll prosesini hədəfı alıb, çünki “İranı şeytanlaşdırma layihəsi”nin uğursuzluğundan qorxur.

Xarici işlər naziri ABŞ Prezidenti Donald Trampa müraciətində bildirib: “Yolu dəyişdirmək üçün hələ gec deyil”.

Həmçinin o, Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (AEBA) baş direktoru Rafael Qrossinin bəyanatına istinadla söyləyib ki, İran nüvə silahları inkişaf etdirmir və heç vaxt bunu etməyib.