İran XİN: Etirazlar zamanı Tehranda heç bir diplomatik nümayəndəlik bağlamayıb

İran son anti-hökumət etirazları zamanı Tehranda fəaliyyət göstərən heç bir diplomatik nümayəndəliyi bağlamayıb.

APA xəbər verir ki, bu barədə İran Xarici İşlər Nazirliyinin nümayəndəsi İsmail Bəqai məlumat yayıb.

O, “Telegram” kanalında qeyd edib ki, səfirlik və konsulluqların üzləşdiyi bəzi çətinliklər “internetin işində müvəqqəti fasilələr və ölkə daxilindəki istisna hallar” ilə bağlı olub.