İran yenidən İsrailə raket zərbələri endirib

İran İsrail ərazisinə yeni ballistik raket buraxılışı həyata keçirib.

Teleqraf xəbər verir ki, bu barədə “Al Hadath” telekanalı məlumat yayıb.

Məlumata görə, buraxılan raketlərin böyük hissəsi İsrailin cənub bölgələrinə, eləcə də Təl-Əviv istiqamətinə yönəlib.

Hadisə ilə bağlı rəsmi qurumlardan əlavə məlumat verilməyib.