İranda iqtisadi problemlər səbəbilə başlayan etirazlar zamanı ölənlərin sayı 4 min 519-a yüksəlib.
Sherg.az xəbər verir ki, ABŞ mərkəzli HRANA-nın məlumatına görə, ölkə üzrə baş verən hadisələrdə 26 min 314 nəfər saxlanılıb, ölənlər arasında 197 təhlükəsizlik əməkdaşı var.
Etirazlar 28 dekabr 2025-ci ildə Tehranda başlayaraq digər şəhərlərə yayılıb. Hadisələrdən sonra internetə giriş məhdudlaşdırılıb, son günlərdə isə qismən bərpa edildiyi bildirilir. İran rəsmiləri ümumi itkilərlə bağlı rəsmi statistika açıqlamayıb.