İranda etirazlar davam edir: ölənlərin sayı 65-ə çatıb

İranda ümumxalq etirazlarında ən azı 65 nəfər, o cümlədən 7 yeniyetmə öldürülüb.

APA xəbər verir ki, bu barədə İnsan Haqları Fəalları Xəbər Agentliyi (HRANA) məlumat yayıb.

Bildirilib ki, etirazlarda yüzlərlə insan yaralanıb.

Qeyd edək ki, İranın paytaxtı Tehranda və ölkənin digər bölgələrində kütləvi etiraz aksiyaları 13 gündür davam edir.