İranın Loristan əyalətində yüksək inflyasiyaya qarşı keçirilən etirazlar zamanı baş verən iğtişaşlarda bir təhlükəsizlik əməkdaşı həlak olub, 7 nəfər isə saxlanılıb. İranda yüksək inflyasiya səbəbindən başlayan etirazlar dördüncü günündə davam edərkən ilk insan itkisi yaşanıb.
APA xəbər verir ki, bu barədə NTV telekanalı məlumat yayıb.
İran İslam İnqilabı Keşikçiləri Korpusu ölkənin qərbində yerləşən Loristan əyalətində keçirilən etirazlar zamanı Emir Hüseyn Hodayarifər adlı təhlükəsizlik əməkdaşının həyatını itirdiyini açıqlayıb.
İranda etirazları zorakılığa çevirməyə cəhd etdikləri iddia edilən 7 nəfər təhlükəsizlik qüvvələri tərəfindən saxlanılıb.
Adının açıqlanmasını istəməyən mənbə əməliyyat zamanı 100 ədəd qanunsuz silahın ələ keçirildiyini, həmçinin bu silahların ölkəyə daxil olmasını təmin edən şəxslərin də müəyyən edilərək saxlanıldığını bildirib.
İran