İranda etirazlarla əlaqədar Abadan şəhərində 22 nəfər saxlanılıb.
Teleqraf xəbər verir ki, bu barədə İranın dövlət televiziyası məlumat yayıb.
Bildirilib ki, saxlanılan şəxslər etirazlarda fəal iştirak etməkdə şübhəli bilinirlər.
Qeyd edək ki, bundan əvvəl Tehran əyalətinin cənub-qərbində təhlükəsizlik qüvvələri vətəndaşlara və hüquq-mühafizə orqanlarının əməkdaşlarına qarşı silah tətbiq etməkdə, eləcə də silahlı hücumlarda iştirak etməkdə ittiham olunan azı 100 nəfəri saxlamışdı.