İranın ali rəhbərinə hücum... - Pezeşkian

Ölkəmizin ali rəhbəri Əli Xameneiyə hücum İran xalqına qarşı genişmiqyaslı müharibəyə bərabərdir.

Axar.az xəbər verir ki, bu barədə İran Prezidenti Məsud Pezeşkian X səhifəsində yazıb.

Pezeşkian bəyan edib ki, ölkə sakinlərinin üzləşdiyi çətinliklər ilk növbədə Qərbin düşmənçiliyi ilə bağlıdır. O, konkret olaraq yalnız bir ölkəni göstərib: ABŞ.