Urmiya gölünün dirçəldilməsi milli sərhədləri aşan bir məsələdir.
APA İran mediasına istinadən xəbər verir ki, bunu İranın vitse-prezidenti Məhəmməd Reza Aref deyib.
“Urmiya gölünün qurtuluşuna etinasızlıq və dar çərçivəli yanaşma milli və milli sərhədləri aşan bir faciəyə səbəb olacaq. Urmiya gölünün dirçəldilməsində hətta bir gün gecikmə belə aşkar zülmdür”, - vitse-prezident bildirib.