“Dövlətimə, polisə güllə atan adamın cəsədini almıram”
Yalovada 3 polisin şəhid olduğu hücumda öldürülən İŞİD üzvü Zafer Umutlunun cənazəsini ailəsi qəbul etməyəcəyini açıqlayıb.
Terrorçunun əmisi Metin Umutlu bildirib ki, nə özü, nə də ailəsi bu cənazəyə sahib çıxacaq: “Dövlətimə, polisə güllə atan adamın cənazəsini almıram.” O, həmçinin hadisədən üç gün əvvəl qohumunun mümkün hücum planı ilə bağlı polisə şikayət etdiklərini deyib.
Xatırladaq ki, 29 dekabr 2025-ci ildə polis əməkdaşlarının bir ünvana keçirdiyi əməliyyat zamanı açılan atəş nəticəsində 3 polis şəhid olub, 8 polis və 1 mühafizəçi yaralanıb. Evdə olan 6 terrorçu isə zərərsizləşdirilib.
Hadisədən sonra Yalovada İŞİD-in hüceyrə evlərinə qarşı əməliyyatlar davam etdirilir. Təhlükəsizlik mütəxəssislərinə görə, Yalovanın coğrafi mövqeyi və nəqliyyat imkanları terror qrupları üçün gizlənməni asanlaşdırır.