
İsmail Cingöz: Ərdoğan həm Zelenski, həm də Putinlə birbaşa görüşə bilən yeganə liderdir
Yusif Nəzərli
12:47 24.07.2025
Dünya
406
DanışıqlarınTürkiyədə baş tutması hər iki ölkənin birbaşa görüşməsi baxımından olduqca dəyərlidir
Rusiyanın Ukraynaya qarşı başladığı münaqişə regional və qlobal təhlükəsizlik üçün ciddi problemdir. Danışıqlar prosesi münaqişənin gələcəyini müəyyən edən əsas amillərdən biridir. İstanbulda baş tutan danışıqlar isə, həm müharibənin dayandırılması, həm də sülhə doğru atılacaq addımlar baxımından xüsusi əhəmiyyət kəsb edir. Türkiyənin neytral mövqeyi sağlam dialoqun aparılmasında mühüm rol oynayır.
Mövzu ilə bağlı beynəlxalq siyasət üzrə türkiyəli ekspert İsmail Cingöz Sherg.az-a açıqlama verib:

"Türkiyə üçün Rusiya-Ukrayna danışıqlarının İstanbulda baş tutması vacibdir. Türkiyənin etibarlılığı və hər iki ölkəyə bərabər məsafədə qonşuluq münasibətləri qurması, imperialist düşüncələrlə deyil, yaxşı qonşuluq prinsipləri ilə hərəkət etməsi bu danışıqlara ev sahibliyində təsirli olub. Ərdoğan dünyadakı həm Zelenski, həm də Putinlə birbaşa görüşə bilən yeganə lider mövqeyindədir. Türkiyə hər iki ölkə ilə balanslı münasibətlər quraraq dialoq aparan nadir ölkələrdən biridir. Bu da Türkiyənin etibarlılığı baxımından önəmli bir göstəricidir. Görüşmələrdə ilk növbədə humanitar mövzular ön plandadır. Əsir mübadiləsi, cənazələrin təhvili kimi məsələlərdə xoş niyyətin göstərilməsi önəmlidir. Avropa ölkələri, ABŞ və Ukrayna uzunmüddətli atəşkəslər istəyərkən, Rusiya isə 48 saat kimi qısa müddətli atəşkəslərə üstünlük verir. Çünki uzunmüddətli atəşkəs zamanı Ukraynaya silah toplanmasından narahatlıq keçirir".
Ekspert danışıqların Türkiyədə baş tutmasının hər iki ölkənin birbaşa görüşməsi baxımından olduqca dəyərli olduğunu söyləyib:
"Prosesin davamında yeni qısa müddətli atəşkəslərin gündəmə gəlməsi mümkündür. Hər iki tərəf müharibənin bitməsini istəyir, lakin tərəflərin tələbləri bir-biri ilə ziddiyyət təşkil edir. Ukraynanı müharibəyə sürükləyən tərəfin ABŞ və Avropa olduğu fikri geniş yayılıb. Rusiya isə Ukraynanın NATO ilə yaxınlaşmasından və NATO-nun hərbi varlığından narahatdır. 2015-ci ildə ilhaq etdiyi Krımın tanınmasını, Donetsk və Luqanskda müstəqil dövlətçiklərin qəbul edilməsini istəyir.
Ukraynanın təkbaşına Rusiyaya qarşı durması mümkün deyil. ABŞ və Avropanın dəstəyi isə bu bölgənin yeraltı və yerüstü sərvətlərinə olan marağından qaynaqlanır. Rusiya bu mövzuda onlarla razılaşır, lakin onun istədiyi ilhaq etdiyi torpaqların özündə qalmasıdır. ABŞ Ukraynaya Patriot raketləri və hava müdafiə sistemləri verərək Rusiyanı təhdid edir. Lakin bu gərginlik Ukrayna xalqına böyük zərər verir. Əgər Ukrayna ilə Rusiya bu prosesi təkbaşlarına həll edib qarşılıqlı güzəştlər verərsə, sülh mümkündür".
Analitik ABŞ və Avropanın təsiri davam etdiyi müddətcə atəşkəsin çətin olduğunu deyib:
"Müharibədə Rusiya iqtisadi baxımdan çətinlik çəksə də, Ukrayna qədər təsirlənmir. Torpaqlarının 20%-i işğal altında olan Ukrayna daha ağır bədəl ödəyir.
Gələcəkdə əsir və cənazə mübadiləsi kimi humanitar görüşlərin davam etməsi və Türkiyənin vasitəçiliyi ilə davamlı sülh üçün zəmin hazırlanması mümkündür. Təbii ki, burada ən kritik aktorlar Putin və Zelenskidir. Sülh yolunda əsas məsələ Ukraynanın torpaq güzəştləri verib-verməyəcəyi, Rusiyanın işğal etdiyi torpaqlardan çəkilib-çəkməyəcəyi və Ukraynanın NATO üzvlüyündən imtina edib-etməyəcəyi məsələlərinin həllinə bağlıdır.
ABŞ isə görünüşdə sülhdən yana olsa da, müharibəni uzadaraq Rusiyanı zəiflətmək istəyən Qərb strategiyasını həyata keçirir".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Yaqub Mahmudovun yetirmələrinin sayı 80-ə çatdı
15:40 09.12.2025
Tarix
Yaşlılıq əlaməti sanıb keçməyin!- DƏHŞƏTLİDİR
15:36 09.12.2025
Sağlamlıq
Metro "Qarabağ"ın oyununa görə 01:00-a qədər açıq olacaq
15:31 09.12.2025
Futbol
Bütün dünya belə yatır! Meyvənin turşuluğu belə önəmlidir
15:15 09.12.2025
Sağlamlıq
Zelenski Papayla görüşdü
14:44 09.12.2025
Dünya
Putin Lavrova yeni müavin təyin edib
14:30 09.12.2025
Dünya
Lukaşenko TŞ-nin iclasını çağırdı
14:24 09.12.2025
Dünya
Türkiyədən iki şəhər dünya siyahısında yer alıb
14:11 09.12.2025
Maraqlı
Pensiya alanların nəzərinə!
14:10 09.12.2025
Sosial
Afaq Həbibinin “Harmoniya”sı - SOLO SƏRGİ
14:02 09.12.2025
Mədəniyyət
Bratislavada İlham Əliyevin şərəfinə rəsmi ziyafət verilib
13:37 09.12.2025
Rəsmi
Böyük Britaniyanın ticarət elçisi Azərbaycana səfər edəcək
13:30 09.12.2025
Siyasət
Salah: Sanki klub məni avtobusun altına atıb
13:26 09.12.2025
Futbol
Nikol Paşinyan Almaniyada səfərdədir
13:23 09.12.2025
Dünya
Sabahın hava proqnozu açıqlanıb
13:10 09.12.2025
Ekologiya