İsrail Ali Məhkəməsi narazılıq doğuran qanunu ləğv edib

İsrailin Ali Məhkəməsi Benyamin Netanyahu hökumətinin məhkəmə islahatları çərçivəsində qəbul etdiyi ilk qanunun ləğvi barədə qərar verib.

APA-nın məlumatına görə, bu qanun AliMəhkəmənin Nazirlər Kabinetinin qərarlarına baxmaq səlahiyyətlərini məhdudlaşdırır. O, ötən ilin yayında ölkənin Knesseti (parlamenti) tərəfindən təsdiqlənib.
İsrail Ali Məhkəməsinin kollegiyasında olan 15 hakimdən 8-i qərarı dəstəkləyib.