İsrail “Hizbullah”ın potensialını düzgün qiymətləndirmədiyini etiraf edib

İsrail rəsmiləri “Hizbullah”ın silahlı qanadının ölkə ərazisinin dərinliklərinə zərbələr endirmək də daxil olmaqla hərbi əməliyyatları bərpa etməyə hazır olduğunu lazımi səviyyədə qiymətləndirmədiklərini etiraf ediblər.

AZƏRTAC xəbər verir ki, bu barədə İsrailin yüksəkvəzifəli rəsmisi “Kanal 13” telekanalına açıqlamasında bildirib.

Telekanalın məlumatına görə, rəsmi şəxs belə deyib: “Hizbullah”la bağlı yanılmışdıq. Onların bu qədər uzaq məsafədən atəş açacağını düşünmürdük”.

Açıqlamada təşkilatın İsrail ərazisinin dərinliklərini hədəf alma qabiliyyətinin gözləniləndən yüksək olduğu vurğulanıb.