İsrail “İrana hücum” iddialarını təkzib etdi: Belə qərar yoxdur
Yusif Nəzərli
10:25 20.04.2025
Dünya
484
"İsrail İranın nüvə proqramı məsələsini diplomatik yolla həll etməyə hazırdır".
Teleqraf xəbər verir ki, bu barədə İsrailin xarici işlər naziri Gideon Saar "The Telegraph" qəzetinə verdiyi müsahibəsində bildirib.
Nazir "The New York Times" qəzetinin İsrailin may ayında İrana hərbi hücum etməyi planlaşdırması ilə bağlı yaydığı məlumatı təkzib edib. Saar vurğulayıb ki, təhlükəsizlik kabinetinin üzvü kimi belə bir qərarın mövcud olmadığını dəqiq bilir.
“İsrailin əsas məqsədi İrana nüvə silahı əldə etməyə imkan verməməkdir. Əgər bu hədəfə diplomatik yolla çatmaq mümkündürsə, bu, qəbul edilə bilər”, – deyə Saar qeyd edib.
O, həmçinin bildirib ki, İsrail bu məsələ ilə bağlı ABŞ və Avropa ölkələri ilə daimi əlaqə saxlayır.
Xatırladaq ki, daha əvvəl Oman Xarici İşlər Nazirliyi Romada keçirilən danışıqlardan sonra açıqlama yayaraq ABŞ və İranın dinc nüvə enerjisinin qorunması və inkişafı ilə bağlı danışıqlar apardığını bildirmişdi. Qeyd olunub ki, mümkün razılaşma İranın dinc məqsədlərlə nüvə enerjisini inkişaf etdirməsinə imkan verəcək.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Fransanın "Lion" komandasının yeni baş məşqçisi açıqlanıb
16:30 10.11.2026
Futbol
BMT: İqlim dəyişikliyi ciddi iqtisadi risklər yaradır
16:21 10.11.2026
İqtisadiyyat
Naxçıvanda gənc əsgər naməlum şəraitdə ölüb
15:40 10.11.2026
Hadisə
Yollarda görünüş 1000 metrədək məhdudlaşacaq
14:59 10.11.2026
Cəmiyyət
Qaradağ rayonunda 30 yaşlı kişi dəm qazından boğularaq ölüb
14:50 10.11.2026
Hadisə
Dekabrda neçə gün iş olmayacaq?
14:41 10.11.2026
Cəmiyyət
İran “Hörmüz” raketini hazırladı
14:33 10.11.2026
Region
Daha iki gün yağış yağacaq - XƏBƏRDARLIQ
14:06 10.11.2026
Ekologiya
Gürcüstan Prezidenti COP31-də iştirak edəcək
13:58 10.11.2026
Cənubi Qafqaz
Arsen Venger FIFA prezidenti ola bilər
13:50 10.11.2026
Futbol
Xəyali danışıqlarla bağlı saxta xəbərlər… - Rzayi
13:27 10.11.2026
Region
Ceyhun Bayramov Serbiya səfirinə "Dostluq" ordenini təqdim edib
13:18 10.11.2026
Siyasət
Marko Rubio Ukrayna XİN rəhbəri ilə görüşdü
13:10 10.11.2026
Gündəm
Azərbaycan XİN Polşaya başsağlığı verdi
12:50 10.11.2026
Siyasət